Braziliyalı futbolçu Neymarın qazancı 1 milyard dollara çatıb

Braziliyalı futbolçu Neymarın qazancı 1 milyard dollara çatıb

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı futbolçusu Neymarın qazancı 1 milyard dollara çatıb.

"Report" "Transfer News Live"a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu peşəkar karyerası ərzində 933,2 milyon avro qazanıb.

Bu məbləğə maaş, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir. Neymar 1 milyard dollar qazanan 10-cu idmançı olub.

Qazancı milyard dollara çatan idmançıların siyahısı belədir:

1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard

2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard

3. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 1,57 milyard

4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard

5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard

6. Rocer Federer (İsveçrə, tenis) - 1,17 milyard

7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard

8. Devid Bekhem (İngiltərə, futbol) - 1,13 milyard

9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard

10. Neymar (Braziliya, futbol) - 1,01 milyard