Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub olub - YENİLƏNİB

Azərbaycan güləşçisi Bakıdakı turnirdə məğlub olub - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.

"Birxeber.Az" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə məğlub olub - 5:7.

13:49

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

"Birxeber.Az" xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Aleksandar Styepanetiçdən (İsveç) güclü olub.

O, rəqibini vaxtından əvvəl üstələyib - 10:0.

Daha əvvəl Beka Kandelaki (130 kq) və Nihat Məmmədli (60 kq) qələbə qazanıblar, İslam Abbasov (87 kq) isə məğlub olub.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.