Türkiyədə qatar beton mikseri ilə toqquşub

Türkiyədə qatar beton mikseri ilə toqquşub

Türkiyədə sərnişin qatarı ilə beton mikseri toqquşub.

Birxeber.Az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Qəza Tekirdağ vilayətinin Çərkəzköy rayonundakı dəmir yolu keçidində baş verib.

İstanbuldan Sofiyaya gedən sərnişin qatarında əksəriyyəti xarici turistlər olmaqla 80 nəfər olub. Onların heç biri xəsarət almayıb. Betonqarışdıran maşının sürücüsü xəstəxanaya çatdırılıb.

Hadisə yerində müstəntiqlər və xilasedicilər işləyir.