Kreml Ermənistan-Aİ-ABŞ görüşününə nə vaxt qiymət verəcəyini açıqlayıb

Kreml Ermənistan-Aİ-ABŞ görüşününə nə vaxt qiymət verəcəyini açıqlayıb

Kreml bu gün Brüsseldə keçiriləcək Ermənistan, Avropa İttifaqı və ABŞ arasında danışıqlara nə vaxt qiymət verəcəyini açıqlayıb.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin Ermənistan, Aİ və ABŞ arasında aparılan danışıqlara görüş barədə rəsmi bəyanatların ortaya çıxmasından sonra qiymət verəcəyini söyləyib.

“Biz bu görüşün tam gündəliyini hələ bilmirik, baxmayaraq ki, müəyyən məlumatlar var", deyən Kremlin sözçüsü erməni tərəfinin transatlantik inteqrasiya mövzusu ilə bağlı bəyanatlarını gözləməyə çağırıb.