Aİ Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayıb

Aİ Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayıb

Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya qarşı sanksiyalardan yayınma ilə mübarizədə göstərdiyi səyləri alqışlayır.

“Report” xəbər verir ki, bunu Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında keçirilən görüşdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen deyib.

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ 4 il ərzində Ermənistana 270 milyon avro məbləğində qrant ayıracaq.

“Bu gün biz ötən ilin oktyabrında Ermənistana verdiyimiz sözü yerinə yetiririk”, - o deyib.