Gürcüstan Kəşfiyyat Xidmətinə yeni rəis təyin edilib 

Gürcüstan Kəşfiyyat Xidmətinə yeni rəis təyin edilib 

İrakli Beraya Gürcüstan Kəşfiyyat Xidmətinin rəisi təyin edilib.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.

Qeyd edək ki, İ.Beraya Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri olub. O, müxtəlif dövrlərdə Daxili İşlər Nazirliyinin İslahatlar və inkişaf şöbəsinin müdiri, eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya-analitik şöbəsinin müdiri vəzifələrində çalışıb.