Siyavuş Novruzov: Azərbaycana böhtan atanlar xaricdən gətirilməlidir

Siyavuş Novruzov: Azərbaycana böhtan atanlar xaricdən gətirilməlidir

Dünyada ekstradisiya olunma məsələsi daha da ciddiləşdirilməlidir.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycan əleyhinə iş aparanlar, ölkəmizdə silahlı münaqişəyə, vətəndaş qarşıdurmasına çağıranlar, Azərbaycanın haqq işinə böhtan atanlar var: “Bəziləri qeyd edirlər ki, guya ermənilərin Xankəndidə və başqa yerlərdə qalan əmlakı dağıdılır. Ancaq onların hamısı möhürlənib və qorunur. Bu adamlar xaricdən gətirilməli, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu məsələni həmin dövlətlər qarşısında kəskin qoymalıyıq. Rusiya ayrı-ayrı dövlətlər qarşısında kəskin məsələ qoyub ki, terror törədənlər və ona dəstək verənlər ekstradisiya olunmalıdır. Biz də bu məsələni qaldırmalıyıq. Siz bu cür mənəvi terrorla məşğul olanlara himayəçilik edirsinizsə, biz də sizinkilərə o cür himayəçilik edəcəyik”.