Rusiyada əcnəbilərə işləmək hüququ verən patent sisteminin ləğvi təklif olunur

Rusiyada əcnəbilərə işləmək hüququ verən patent sisteminin ləğvi təklif olunur

Rusiyada xarici vətəndaşlara işləmək hüququ verən patent sisteminin ləğvi təklif olunub.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu təkliflə Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy çıxış edib.

O, əmək miqrantlarının cəlb edilməsi prinsiplərinə, o cümlədən patent sisteminin ləğvinə yenidən baxılmasını zəruri hesab edir. Həmçinin, Tolstoyun fikrincə, aşağı ixtisaslı işçilərin Rusiyada qalma müddəti əmək müqaviləsinin müddəti ilə məhdudlaşdırılmalıdır.

Deputat hesab edir ki, əmək müqaviləsinin müddəti bitdikdən sonra xaricdən gələn işçilərdən Rusiyanı tərk etmək tələb edilməlidir.