Sosial yardımla bağlı proqram təminatının yeni formatı istifadəyə veriləcək

Sosial yardımla bağlı proqram təminatının yeni formatı istifadəyə veriləcək

Sosial yardım sahəsində son illərdə davamlı şəkildə islahatlar həyata keçirilir. Bununla bağlı proqram təminatının yeni formatı hazırlanıb və yaxın müddət ərzində istifadəyə veriləcək.

APA-Economics” xəbər verir ki, bu barədə DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

O bildirib ki, sosial yardımla bağlı qanunvericiliyə yüngülləşdirici dəyişikliklər edilir.