Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 5.3 mlrd. manatı ötüb

Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 5.3 mlrd. manatı ötüb

İndiyədək Azərbaycanda 97.192 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Bu barədə “Birxeber.Az-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

2024-cü ilin yanvar-mart ayları ərzində onlayn kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 5,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,2% çoxdur.