Elçin Cəfərov: Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin statusu, səviyyəsi Avropa çempionatından yüksəkdir

Elçin Cəfərov: Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin statusu, səviyyəsi Avropa çempionatından yüksəkdir

Bakıdakı yarışın statusu, səviyyəsi Avropa çempionatından yüksəkdir.

Bunu "Birxeber.Az"a açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Elçin Cəfərov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turniri barədə danışarkən deyib.

64 yaşlı mütəxəssis hazırda yarışı canlı izlədiyini söyləyib: "İlk qarşılaşmalardan indiyədək gərgin mübarizə davam edir. İdmançılarımız yaxşı əhval-ruhiyyədədirlər. Hamısından yüksək nəticələr, lisenziyalar gözləyirik. Güləşin hər üç növündə ümidlərimiz çox böyükdür. Kim nəyə qadir olacaqsa, xalça üzərində onu da göstərəcək".

“Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə təltif olunan Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti turnirdə 300-ə yaxın idmançının mübarizə apardığını xatırladıb: "Təşkilatçılıq yüksək səviyyədədir. Digər ölkələrin nümayəndələri ilə söhbətlər etmişik. Hamısı razı olduqlarını bildiriblər. Mən də son olaraq idmançılarımıza uğurlar və qələbələr arzulayıram".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında start götürən Avropa Olimpiya Təsnifat turniri üç gün davam edəcək.