Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 9 % artıb

Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 9 % artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 5,3 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il aprelin 1-nə qədər ölkədə 97 192 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.