Manisada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Manisada ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda iki nəfərin ölümü, üç nəfərin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Birxeber.Az” “TRT Haber”ə istinadən xəbər verir ki, qəza Akhisar – Balıkesir şosesinin Gökçeahmet məhəlləsi qovşağının yaxınlığında baş verib.

Məlumata görə, avtobusla toqquşan avtomobilə daha sonra arxadan gələn iki nəqliyyat vasitəsi çırpılıb.

Qəzada avtomobilin 55 yaşlı sürücüsü olay yerində keçinib. Eyni zamanda, onun həyat yoldaşı da həkimlərin müdaxiləsinə rəğmən ölüb.

Qəza səbəbindən yolda gözləyən avtomobillərə arxadan gələn nəqliyyat vasitələrinin çırpılması nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.