Saməddin Əsədov: “Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq risklərinə məruz qala bilər”

Saməddin Əsədov: “Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq risklərinə məruz qala bilər”

Azərbaycan 2040-cı ilədək qlobal quraqlıq risklərinə məruz qalacaq ölkələr sırasındadır.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 2017-ci illə müqayisədə Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazda buzlaqların 18 %-i itirilib: “1993-cü ildən etibarən Xəzərin səviyyəsində 2 metrədək azalma olub ki, bunun da 1,5 metri son 5 ilə təsadüf edib. Azərbaycan ərazisinin 15 %-i quraqlıq riski ilə üz-üzədir”.

S.Əsədov xüsusən də Gəncə-Daşkəsən ərazisinin quraqlıq riski ilə üz-üzə olduğunu vurğulayıb.