"Azərkosmos" atmosferdəki karbondioksit qazının parametrlərinin dəqiq ölçülməsini aparacaq

"Azərkosmos" atmosferdəki karbondioksit qazının parametrlərinin dəqiq ölçülməsini aparacaq

Azərbaycanda atmosferə buraxılan metan qazının miqdarı ilbəil artmaqda davam edir.

“Birxeber.Az” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.

"Hazırda atmosferdə karbondioksit qazının parametrlərinin dəqiq ölçülməsini aparmamışıq. Lakin qarşıdakı illərdə bunu etməyi hədəfləyirik",- deyə qeyd edib.