İtaliya XİN: Antisemitizm və HƏMAS yeni SS və Gestapodur

İtaliya XİN: Antisemitizm və HƏMAS yeni SS və Gestapodur

HƏMAS yaraqlıları “elmi hesablama ilə yəhudiləri ovladılar”.

APA-nın məlumatına görə, bunu İsrailə son səfəri zamanı “Həmas yaraqlılarının vəhşiliklərini” əks etdirən videogörüntülərə baxan İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani deyib.

Diplomatın sözlərinə görə, Fələstin hərəkatı “yeni SS”dir.

“Antisemitizm və HƏMAS yeni SS və Gestapodur, çünki yəhudilərin ovu elmi hesablamalarla təşkil edilib”, - Tayani vurğulayıb.