Türkmənistan və Tacikistan Xəzər sahillərinə nəqliyyat marşrutunun yaradılmasını müzakirə ediblər

Türkmənistan və Tacikistan Xəzər sahillərinə nəqliyyat marşrutunun yaradılmasını müzakirə ediblər

Türkmənistan Xalq Maslaxatının (Xalq Şurasının) rəhbəri Qurbanqulu Berdiməhəmmədov Tacikistan Prezidenti Emoməli Rəhmonla Xəzər dənizi sahilinə nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığın intensivləşdirilməsini müzakirə ediblər.

APA-Economics” xəbər verir ki, bu barədə Qurbanqulu Berdiməhəmmədovun Düşənbəyə səfərindən sonra rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.

Məlumata görə, danışıqlar zamanı nəqliyyat sektoru iki ölkə arasında tərəfdaşlığın prioritet vektorlarından biri kimi müəyyən edilib.

Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, hazırda Tacikistandan Türkmənistana, Xəzər sahillərinə, buradan da İrana və Fars körfəzinə, eləcə də Türkiyəyə çıxışı olan nəqliyyat marşrutunun yaradılması üzrə əməkdaşlığı aktivləşdirmək üçün hər cür imkan var.