Tramp: ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib

Tramp: ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib

ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

“Sərhədimiz özümüzün kütləvi qırğını silahına çevrilib”, – siyasətçi qeyd edib.

Onun sözlərinə görə, sərhəddəki mövcud vəziyyət “tarixin ən pis durumudur”.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Baydenin rəhbərlik etdiyi administrasiya sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı Texas hakimiyyəti ilə münaqişədədir. Texas rəsmiləri sərhədin lazımi qaydada təmin edilmədiyini, rekord sayda qanunsuz köçkünün ABŞ-yə daxil olmasına icazə verdiyini təkid edir.