Azərbaycanda investisiya şirkətinin Müşahidə Şurasına yeni sədr təyin edilib

Azərbaycanda investisiya şirkətinin Müşahidə Şurasına yeni sədr təyin edilib

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

Bu barədə "Birxeber.Az-Economics"ə investisiya şirkətindən bildirilib. Məlumata görə, Tural Bayramov “MFX-Trading İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının yeni sədri seçilib.

O, bu vəzifədə Anar Təhməzovu əvəz edib.

Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin Bakı Fond Birjasında dövriyyəsi bu ilin I rübündə ilk dəfə 10 milyon manata çatıb.