“Azərkosmos” sədri: 2040-cı ilədək qlobal quraqlığa məruz qalacaq ölkələr sırasında Azərbaycan yüksək riskə malikdir

“Azərkosmos” sədri: 2040-cı ilədək qlobal quraqlığa məruz qalacaq ölkələr sırasında Azərbaycan yüksək riskə malikdir

2040-cı ilədək qlobal quraqlıq risklərinə məruz qalacaq ölkələr sırasında Azərbaycan yüksək riskə malikdir.

APA-Economics” xəbər verir ki, bunu “Azərkosmos”un İdarə heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış elektron platforma”nı geniş ictimaiyyətə açıqlayarkən deyib.

S.Əsədov bildirib ki, 2017-ci illə müqayisədə Azərbaycanda Böyük Qafqaz və Kiçik Qafqazda buzlaqların 18 faizi itirilib.

O əlavə edib ki, 1993-cü ildən etibarən Xəzərin səviyyəsində 2 metrədək azalma olub ki, bunun da 1.5 metri son beş ilə təsadüf edib.

Qızılağac dövlət qoruğu haqda danışan S.Əsədovun sözlərinə görə, son öyrənilən rəqəmlərə görə buradakı su hövzəsinin 40%-i itirilib:

“Ümumiyyətlə, Azərbaycan ərazisinin 15%-i quraqlıq riski ilə üz-üzədir. Burada xüsusən Gəncə-Daşkəsən ərazisinin quraqlıq riski ilə üz-üzə olduğunu vurğulamaq lazımdır”.