Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub, 2 Türkiyə vətəndaşı xəsarət alıb - YENİLƏNİB

Ağstafada yolun buz bağlaması nəticəsində 10-dan çox maşınlar toqquşub, 2 Türkiyə vətəndaşı xəsarət alıb - YENİLƏNİB

Bakı – Qazax – Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

“Birxeber.Az”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı – 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.

00:52

Yanvarın 27-si axşam saatlarında Bakı – Qazax – Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə sonuclanan yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Birxeber.Az”un Qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb.

Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.