Yasamalda 15 min manatlıq qızıl və telefon oğurlayan şəxs saxlanılıb

Yasamalda 15 min manatlıq qızıl və telefon oğurlayan şəxs saxlanılıb

Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görəə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində 2 evdən ümumilikdə 15000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Anar Əzizov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.