ABŞ, Yaponiya və Filippin liderləri Cənubi Çin dənizindəki insidentləri müzakirə edəcəklər

ABŞ, Yaponiya və Filippin liderləri Cənubi Çin dənizindəki insidentləri müzakirə edəcəklər

ABŞ, Yaponiya və Filippin liderləri aprelin 11-də Vaşinqtonda keçiriləcək üçtərəfli sammitdə Cənubi Çin Dənizində Çin Sahil Mühafizəsi və dəniz polislərinin hərəkətləri ilə bağlı son insidentləri müzakirə edəcəklər.

Birxeber.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Filippinin xarici işlər nazirinin müavini Hans Mohaymin Siriban mətbuat konfransında məlumat verib.

Çin Sahil Mühafizəsi son vaxtlar Cənubi Çin dənizindəki Ayungin və Skarboro bölgəsində Filippin gəmilərinə qarşı su şırnaqlarından daha çox istifadə etməyə başlayıb.

Ən son insidentlərdən biri martın 23-də baş verib. Çin Sahil Mühafizəsinin iki gəmisi Ayungin yaxınlığında “Unaizah 4 May” təchizat gəmisinə qarşı güclü su şırnaqları istifadə edib.

Daha bir təchizat gəmisi “UM4” isə ciddi zədələnib.