Yaponiya 164 növ malın Rusiyaya ixracını qadağan edir

Yaponiya 164 növ malın Rusiyaya ixracını qadağan edir

Yaponiya İqtisadiyyat Nazirliyi 164 növ malın Rusiyaya ixracına qadağa qoyulacağını açıqlayıb.

APA xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilir ki, qadağalar daha çox avtomobil, enerji, həmçinin qaz və neft sahəsinə aid olan mallara şamil olunur.

Qeyd edək ki, martın əvvəlində Yaponiya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirmişdi.