Abşeronda yol qəzasında 1 yaşlı körpə daxil olmaqla bir ailənin üç üzvü xəsarət alıb

Abşeronda yol qəzasında 1 yaşlı körpə daxil olmaqla bir ailənin üç üzvü xəsarət alıb

Abşeron rayonunun Masazır qəsəbəsində bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb.

“Report” xəbər verir ki, Masazır qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1994-cü il təvəllüdlü İsmayılov Eldar Rauf oğlu, onun həyat yoldaşı 2001-ci il təvəllüdlü İsmayılova Aydan Səməd qızı və onların 1 yaşlı övladları xəsarət alıblar.

Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yaralılar həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı Abşeron rayonu polis idarəsində araşdırılır.