Rusiyadan ABŞ-a NOTA
Rusiya ABŞ-a nota göndərib.
Birxeber-in TASS informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasını tələb edir.
“800 milyon dollar, bu, Vaşinqtondan Kiyevə tədarük olunacaq silahların dəyəridir. Bu, böyük rəqəmdir, bu, diplomatik həllin tapılmasına, vəziyyətin həllinə töhfə vermir. Biz nota göndərmişikmi? Bəli, biz ABŞ-ın Ukraynaya silah tədarükünün qəbuledilməzliyini vurğuladıq, biz bu təcrübənin dayandırılmasını tələb etdik”, - səfir qeyd edib.
Birxeber