Talibanla İran sərhədçiləri arasında qarşıdurma baş verib

Talibanla İran sərhədçiləri arasında qarşıdurma baş verib

Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətində Taliban tərəfdarları ilə İran sərhədçiləri arasında toqquşma yaşanıb.

Birxeber.Az xəbər verir ki, bu barədə “Aamaj News” agentliyi məlumat yayıb.

Məlumata görə qarşıdurma səbəbindən sərhəd bağlanıb.

Taliban iranlı sərhədçilərdən birini saxlayıb.

Taliban hərəkatının nümayəndələri və İran hakimiyyəti toqquşma ilə bağlı məlumatı hələlik şərh etməyiblər.