Rusiya KİV: Rostov vilayəti kütləvi dron hücumuna məruz qalıb
Rusiyanın Rostov vilayətinin Morozovsk şəhəri kütləvi dron hücumuna uğrayıb.
“Birxeber.Az” xəbər verir ki, bu barədə təbliğatçı
Bildirilib ki, hücum obyekti Morozovsk şəhərinin aerodromu olub. Rostov vilayətinin qubernatoru
“İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri Morozovsk rayonunda 40-dan çox hədəfi məhv edib. Hücum nəticəsində elektrik yarımstansiyasına ziyan dəyib. Elektrik təchizatının bərpası istiqamətində işlər aparılır”.
Ukraynalı bloqçular yazır ki, bu aerodromda son vaxtlar cəbhə xətti boyunca aktiv fəaliyyət göstərən Su-34 qırıcıları yerləşdirilib.