“Vilyarreal” “Barselona”nı 5 qolla məğlub edib

“Vilyarreal” “Barselona”nı 5 qolla məğlub edib

Futbol üzrə İspaniya çempionatının 22-ci turunda “Barselona” öz meydanında “Vilyarreal”a məğlub olub.

“Birxeber.Az” xəbər verir ki, “Kamp Nou”da keçirilmiş matç 3:5 hesabı ilə başa çatıb.

Katalonların heyətində İlkay Gündoğan (60-cı dəqiqə), Pedri (68) fərqlənib, qonaqların müdafiəçisi Erik Beyi (71) isə avtoqol vurub. “Sarılar”ın qollarını isə Xerar Moreno (41), İlyas Axomaş (54), Qonsalu Gedeş (84), Aleksandr Sörlot (90+9) və Xose Luis Morales (90+12) vurub.

“Barselona” (44 xal) La Liqanın turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Vilyarreal” (23) isə 14-cü yerdədir.

“Barselona” yanvarın 31-də keçiriləcək növbəti matçda “Osasuna” ilə qarşılaşacaq. “Vilyarreal” isə fevralın 4-də “Kadis”i qəbul edəcək.