Bakıda ağır yol qəzası zamanı 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Bakıda ağır yol qəzası zamanı 4 nəfər xəsarət alıb  - FOTO  - YENİLƏNİB-1

Bakının Nizami rayonunda sürücünün əks yola çıxması ağır qəzaya səbəb olub.

Birxeber.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Vaz 2107” markalı maşına çırpılan “Ford” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib.

"Ford" beton yol ayrıcını aşaraq “Mitsubishi” markalı maşına çırpılıb.

Qəza nəticəsində Abbasov Fazil Musa oğlu və 1982-ci il təvəllüdlü Vəliyev Emil Rizvan oğlu Sabunçu Tibb Mərkəzə yerləşdirilib. E.Vəliyevin vəziyyəti ağır kimi qiymətləndirilir. Şəxsiyyətləri hələlik məlum olmayan digər iki nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində tıxac yaranıb.

***
23:15

Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb.

Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

TƏBİB-dən Birxeber.Az-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində 4 nəfər (kişi cinsli) xəsarət alıb. Onlardan 2 nəfər Kliniki Tibbi Mərkəzə, 2 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

***
22:51

Bakı şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Birxeber.Az xəbər verir ki, hərəkətdə olan üç avtomobil qəzaya uğrayıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Qəza səbəbindən Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.