Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər

Gürcüstanda QHT nümayəndələri parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları aprelin 8-də Tbilisidə parlament binası qarşısında etiraz aksiyası keçirəcəklər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini təqdim etməsi ilə əlaqədar parlament binasının qarşısına toplanmış QHT nümayəndələri bildiriblər. Təşkilatçılar vətəndaşlara gələn həftənin bazar ertəsi günü bannerlərlə parlament binası qarşısına toplanmaq çağırışı ediblər.

Bildirilib ki, parlamentin aprelin 8-də sözügedən qanun layihəsini nəzərdən keçirməsi gözlənilir.

Aktivistlər etiraz aksiyalarının ardıcıl, dinc və demokratik keçiriləcəyini bəyan ediblər.

Xatırladaq ki, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi ötən gün parlamentə təqdim edilib.