Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayında tapılıb

Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayında tapılıb

Bir ay əvvəl itkin düşən şəxsin meyiti Kür çayının Neftçaladan keçən hissəsində tapılıb.

Birxeber.Az-nın Mil-Muğan bürosunun məlumatına görə, bir ay əvvəl itkin düşən Salyan sakini, 67 yaşlı Süleymanov Hüseyn İsrafil oğlunun meyiti Kür çayının Neftçala rayonunun Qardaşbəyli kəndindən keçən hissəsində tapılıb.

Meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.