Türkiyə TŞ: Terror təşkilatlarının bölgəmizin gələcəyində yeri yoxdur

Türkiyə TŞ: Terror təşkilatlarının bölgəmizin gələcəyində yeri yoxdur

Terror təşkilatlarının və onların havadarlarının bölgəmizin gələcəyində yeri yoxdur.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının islasının nəticələrinə dair açıqlamada deyilir.

Bəyanatda terror təşkilatlarına dəstək verən tərəflərin bu dəstəklərini birdəfəlik dayandırmalarının önəmi də vurğulanıb. Başda PKK/KCK-PYD/YPG, FETÖ olmaqla, ölkənin milli birliyi, həmrəyliyi və varlığına yönəlmiş hər cür təhdid və təhlükələrə qarşı ölkənin daxili və xaricində qətiyyətli və müvəffəqiyyətli əməliyyatların keçirildiyi qeyd olunub.