Yevlaxda ağaclıq sahədə yanğın olub

Yevlaxda ağaclıq sahədə yanğın olub

Yevlax rayonunda yolkənarı ərazidə ağaclar yanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın Aran qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində bir neçə ağac da yanıb.

Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası hadisə yerinə cəlb olunub və yanğının yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.