Aİ Qərbi Balkan tərəfdaşlarına qrant və kredit ayıracaq

Aİ Qərbi Balkan tərəfdaşlarına qrant və kredit ayıracaq

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Qərbi Balkanlar üçün İslahat və İnkişaf Mexanizminin yaradılması ilə bağlı müvəqqəti razılaşma əldə ediblər.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.

Bildirilib ki, mexanizm 2023-cü ilin noyabrında Komissiya tərəfindən təqdim edilən Qərbi Balkanlar üçün İnkişaf Planının mərkəzi hissəsidir.

Bu, 2024-2027-ci illəri əhatə edəcək və Aİ-nin Qərbi Balkan tərəfdaşlarına 2 milyard avroya qədər qrant və 4 milyard avroya qədər kredit verəcəyi gözlənilir.