Bakıda və Abşeronda müşahidə olunan hava şəraiti açıqlanıb - YENİLƏNİB

Bakıda və Abşeronda müşahidə olunan hava şəraiti açıqlanıb - YENİLƏNİB

Aprelin 4-ü axşam saatlarına olan məlumata əsasən, səhər saatlarından başlayan güclü şimal-qərb küləyi artıq zəifləyib.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova qeyd edib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 14 m/san, bölgələrdə isə 12-17 m/saniyədir.

18:13

Ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi artıq zəifləyib.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, səhər saatlarından müşahidə olunmağa başlayan güclü şimal-qərb küləyi axşama doğru tədricən zəifləyib.