Kürdəmirdə yol kənarına aşan maşın yanıb

Kürdəmirdə yol kənarına aşan maşın yanıb

Kürdəmir rayonunun Atakişili kəndində “ВАЗ” markalı minik avtomobili yol kənarına aşıb.

FHN-dən APA-ya verilən xəbərə görə, nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.