Ötən ildən bu günə qədər uşaq bağçalarında 300-ə yaxın müəllim işə qəbul olunub

Ötən ildən bu günə qədər uşaq bağçalarında 300-ə yaxın müəllim işə qəbul olunub

2023-cü ildən bu günədək imtahanda uğur qazanan 300-ə yaxın tərbiyəçi-müəllim uşaq bağçalarında işlə təmin olunub.

"Birxeber.Az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, 2022-ci ildə bu göstərici 200-ə yaxın olub.

Şöbə müdiri həmçinin Agentliyin qarşıdakı hədəflərini də açıqlayıb:

"Əsas məqsədlərimizdən biri məktəbəqədər təhsilə cəlb olunanların sayını artırmaqdır. Lakin sayın artması keyfiyyətin də artırılması deyil. Biz bu işdə həm də keyfiyyətin artırılmasını hədəfləyirik".