“Azəraeronaviqasiya” dünyada top-5 təchizatçı sırasına daxil olub

“Azəraeronaviqasiya” dünyada top-5 təchizatçı sırasına daxil olub

"Azərbaycan Hava Yolları " QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) CANSO təşkilatının "Global Safety Achievement Award 2022" nominasiyasında (2022-ci ildə uçuşların təhlükəsizliyi sahəsində qlobal nailiyyətlərinə görə) aeronaviqasiya xidməti üzrə dünyanın etibarlı təchizatçılarından biri kimi təsdiq edilib.

Bu barədə "Birxeber.Az"a AZAL-dan bildirilib.

CANSO – Beynəlxalq Aeronaviqasiya Təminatı Təchizatçıları Təşkilatıdır (Civil Air Navigation Services Organization). Azərbaycan 2005-ci ildən etibarən CANSO-nun üzvüdür. CANSO-nun bu nominasiyasında ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA), “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS), Argentinanın EANA S.E, Taylandın AEROTHAI və Yeni Zelandiyanın “Aeropath Ltd” aeronaviqasiya xidmətləri top-5 aeronaviqasiya xidməti təchizatçıları kimi seçilib. “Böyük qürur hissi ilə qeyd edə bilərəm ki, hava hərəkətinin təşkilinin təhlükəsizliyi eyni dərəcədə peşəkar və nəticəyönümlü olmaqda davam edir”, - deyə CANSO-nun Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə daimi komitəsinin sədri Osman Saafan bildirib.

2022-ci ildə milli, regional və qlobal səviyyədə uçuşların təhlükəsizliyinin təmin edilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə AZANS-ın fəaliyyəti beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilib. “Azəraeronaviqasiya” HHİ regionda baş verən hadisə ilə bağlı Avropa daşıyıcıları üçün təhlükəsiz və etibarlı hava dəhlizinin səmərəli təşkilinin təmin edilməsində mühüm rol oynayıb. Azərbaycanın hava məkanı yüksək səviyyəli aeronaviqasiya xidmətinin göstərilməsinə və Avropa və Asiya regionlarını birləşdirən əsas hava dəhlizlərinin burda kəsişməsinə görə xarici aviaşirkətləri getdikcə daha da cəlb edir. AZANS-ın vaxtında gördüyü tədbirlər sayəsində Avropadan Asiyaya uçuşlar həyata keçirən aviaşirkətlər qısa müddətdə alternativ marşrutlara və regiondakı böhran vəziyyətlərinə uyğunlaşa bilib.

Son illər Azərbaycanın hava məkanının tranzit ölkə kimi rolu artıb. Belə ki, ərazi üzərində hava məkanında tranzit daşımalarının orta artım tempi 134,1% təşkil edərək, pik aylarda 260%-ə çatıb. Hazırda bir ay ərzində Azərbaycanın hava məkanında təxminən 12 min tranzit uçuş həyata keçirilir. Azərbaycan ərazisindən keçən Orta Dəhlizin logistikasının inkişafı da son iki ildə yüksək beynəlxalq səviyyədə dəstəklənir.

“Azəraeronaviqasiya” HHİ 2022-ci ildə Azərbaycanın hava məkanında və ya qonşu UMB-də qəza vəziyyəti yaşayan xarici aviaşirkətlərinin hava gəmilərinin təhlükəsizliyini və onların Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu qəza enişini təmin edib.

Beləliklə, göyərtəsində texniki nasazlıq və yaxud regiondakı hava limanlarında hava şəraitinin pisləşməsilə əlaqədar qəza siqnalı verən xarici aviaşirkətlərin iri sərnişin təyyarələri, o cümlədən dünyanın ən geniş “Airbus A380” sərnişin laynerləri təcili aeronaviqasiya xidməti və təhlükəsiz eniş ilə təmin edilib.

AZANS hava marşrutlar şəbəkəsini inkişaf etdirərək və onların səmərəliliyini və ekoloji təhlükəsizliyini artıraraq Azərbaycanın Avropadan Asiyaya və geriyə hava daşımaları üçün birləşdirici qovşaq olması istiqamətində bütün səylərini göstərir.

İnfrastruktur İnfrastruktur
Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

Zəyəmçay su anbarının yaradılmasına başlanılıb

İnfrastruktur İnfrastruktur
Prezident İlham Əliyev: "Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq"

Prezident İlham Əliyev: "Bizim Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq"

İnfrastruktur İnfrastruktur
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

İnfrastruktur İnfrastruktur
Metronun “Qara Qarayev” stansiyasında işıqlandırma sistemi yenilənib

Metronun “Qara Qarayev” stansiyasında işıqlandırma sistemi yenilənib

İnfrastruktur İnfrastruktur
Azərbaycan Rusiyaya uçuşları bərpa edir

Azərbaycan Rusiyaya uçuşları bərpa edir

İnfrastruktur İnfrastruktur
AYNA regionlarda sahibkarlar üçün bir sıra xidmətləri yeni ünvanda göstərir

AYNA regionlarda sahibkarlar üçün bir sıra xidmətləri yeni ünvanda göstərir

İnfrastruktur İnfrastruktur
Komitə sədri məcburi köçkünlər üçün tikilən evlərin yataqxanalarda yaşayanlara verilməsini təklif edir

Komitə sədri məcburi köçkünlər üçün tikilən evlərin yataqxanalarda yaşayanlara verilməsini təklif edir

İnfrastruktur İnfrastruktur
Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

İnfrastruktur İnfrastruktur
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib

İnfrastruktur İnfrastruktur
Novak: "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək

Novak: "Şimal-Cənub" nəqliyyat dəhlizi Rusiyanın nəqliyyat kommunikasiyasının əsasına çevriləcək

İnfrastruktur İnfrastruktur
Taleh Ziyadov: “Şərqlə Qərb arasında əlaqə üçün dayanıqlı dəhliz yaratmağa çalışırıq”

Taleh Ziyadov: “Şərqlə Qərb arasında əlaqə üçün dayanıqlı dəhliz yaratmağa çalışırıq”

İnfrastruktur İnfrastruktur
Göygöldə avtomobil yol qovşağı işıqlandırılıb

Göygöldə avtomobil yol qovşağı işıqlandırılıb