Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 2 dəfəyə yaxın artıb

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 2 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 294,2 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 97,3 % və yaxud təxminən 2 dəfəyə yaxın çoxdur.

“Rəqəmsallaşdırılan dövlətsatınalmaları rəqabətli və etibarlı satınalma prosesinin həyata keçirilməsinə, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəldilməsinə xidmət edir”, - deyə M.Abbasbəyli qeyd edib.