Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb

Türkiyədə qanunsuz küçə aksiyaları ilə bağlı 340 nəfər saxlanılıb

Türkiyənin 14 əyalətində Separatçı Terror Təşkilatı (BTÖ) adından qanunsuz küçə aksiyalarında iştirak edən 340 şübhəli “BOZDOĞAN-20” əməliyyatı çərçivəsində saxlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

O qeyd edib ki, saxlanılanlar arasında 31 martda keçirilən bələdiyyə seçkilərindən sonra Van şəhərində terrorçulara dəstək şüarları səsləndirən və polisə müqavimət göstərən şəxslər də var.