Rusiya FTX “Crocus"a terror hücumu ilə bağlı daha 3 nəfəri saxlayıb

Rusiya FTX “Crocus"a terror hücumu ilə bağlı daha 3 nəfəri saxlayıb

Rusiya Federal Təhlükəsizlik Xidməti “Crocus City Hall” konsert salonuna hücumla bağlı iki xarici vətəndaşı və bir Rusiya Federasiyası vətəndaşını saxlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə FTX məlumat yayıb.

FTX Moskva, Yekaterinburq və Omsk şəhərlərində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən terrorçuların maliyyələşdirilməsi və cəlb edilməsində iştirak edən iki xarici vətəndaşın və bir Rusiya Federasiyası vətəndaşının saxlanılması barədə məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər, üçüncüsü isə terror aktının ortaqlarının "verbovka" edilməsinə və onu törədənlərin maliyyələşdirilməsində birbaşa iştirak edib.