Fransada fermerlər yolları bağlamağa davam edir

Fransada fermerlər yolları bağlamağa davam edir

Təxminən 700 fermer Fransanın bəzi magistral yollarını bağlamağa davam edir və bununla da hökumətdən dəstək tədbirlərinin artırılmasını tələb edirlər.

“Report” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilib ki, ölkənin yolları 38 yerdə bağlanıb.

Telekanalın qeyd etdiyi kimi, cümə günü 113 nöqtədə magistral yollar bağlanıb, aksiyalarda 17,5 minə yaxın fermer iştirak edib.

Xatırladaq ki, Fransada sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqları fonunda kütləvi fermer nümayişləri keçirilir. Fermerlər həmçinin Aİ tələbləri ilə bağlı bürokratik prosedurların sadələşdirilməsini və kənd təsərrüfatının daha az sərt tənzimlənməsini müdafiə edirlər.

Etiraz əlaməti olaraq fermerlər traktorlarla yolları bağlayır və hökumət binaları qarşısında nümayişlər keçirirlər.