Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycanın daha bir cüdoçusu Qran-pridə medal qazanıb

Azərbaycan cüdoçusu Səid Mollayi Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-pridə medal qazanıb.

"Report" xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib çıxıb.

Bu gün tatamiyə çıxan Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kq) medal qazana bilməyiblər.

Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Yarış yanvarın 28-də başa çatacaq.