Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb

Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb

5-7 apreldə Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, açılış mərasimi sabah saat 17:30-da başlanacaq.

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcək.

Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə 2 güləşçi Olimpiadaya vəsiqə qazanacaq.