Gəncədə yaşayış evində yanğın söndürülüb - YENİLƏNİB
Gəncədə yaşayış evində yanğın söndürülüb.
Bu barədə APA-nın yerli bürosu məlumat verib.
***
20.33
Gəncədə yanğın baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən fərdi yaşayış evində anidən yanğın başlayıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.