Aİ Ermənistanı öldürücü olmayan silahlarla təmin etmək niyyətindədir

Aİ Ermənistanı öldürücü olmayan silahlarla təmin etmək niyyətindədir

Avropa İttifaqı (Aİ) Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək və onu öldürücü olmayan silahlarla təmin etmək niyyətindədir.

“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos parlamentdə “Ermənistanın Avropaya inteqrasiyası üçün yeni perspektivlər və çağırışlar” mövzusunda keçirilən dinləmələr zamanı deyib.

“Aİ Ermənistan silahlı qüvvələrinə öldürücü olmayan silahlar baxımından dəstək vermək niyyətindədir, imkanları gücləndirə bilmək üçün əhəmiyyətli dəstəkdən söhbət gedir. Söhbət Avropa Sülh Mexanizmi çərçivəsindən gedir. Aİ regionda vəziyyətin sabitləşdirilməsinə və nizamlanmasına, o cümlədən Avropa İttifaqı Şurasının sədri Şarl Mişel tərəfindən təşkil olunan görüşlərə tam sadiqdir”, - səfir qeyd edib.

V.Maraqos, əməkdaşlığın nəticələrinə əmin olduğunu bildirib: “Aİ-Ermənistan əməkdaşlığı qanunun aliliyi üçün çox vacibdir. Biz həmçinin sabah Brüsseldə Ermənistanla cinayət işlərində əməkdaşlığı dərinləşdirəcək və şəxsi məlumatların qorunması, məhkəmə müstəqilliyi və qanunun aliliyinin yüksək standartlarını təmin edəcək sənəd imzalamağa hazırlaşırıq”.