AZPROMO auditor seçir

AZPROMO auditor seçir

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Birxeber.Az” xəbər verir ki, sorğuda iştirak haqqı 20 manatdır.

İddiaçılar təkliflərini aprelin 23-nə qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 44 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 23-də, saat 09:00-da qeyd olunan ünvanda baxılacaq.