Təhsilin İnkişafı Fondu sığortaçı seçir

Təhsilin İnkişafı Fondu sığortaçı seçir

Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu əməkdaşları üçün könüllü tibbi sığorta xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 24 manatdır.

İddiaçılar təkliflərini aprelin 19-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 109 ünvanına təqdim edə bilər.

Təkliflərə aprelin 19-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.