Güclü külək Bakıda 20 ağacı sındırıb

Güclü külək Bakıda 20 ağacı sındırıb

Bakıda güclü külək səbəbindən 20 ağac sınıb.

Bu barədə "Birxeber.Az"un sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb:

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib".